Zidan şou göstərdi – VİDEO
Fransa millisinin heyətində dünya və Avropa çempionu olan Zinəddin Zidan “Bordo”nun doğma stadionu “Parc Leskyur”un 100 illiyinə həsr olunmuş yoldaşlıq matçında iştirak edib.
Aut.az xəbər verir ki, 51 yaşlı veteran futbolçu sabiq klubunun heyətində “Varieti” klubuna qarşı oynayıb. O, matç zamanı etdiyi baxımlı hərəkətlər və sərgilədiyi oyunla dəfələrlə tamaşaçıların alqışını qazanıb.
“Bordo” şou xarakterli görüşdə 5:3 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Zidan 1992-1996-cı illərdə “Bordo”da çıxış edib və bu klubla İntertoto kubokunu qazanıb.
