Azərbaycan futbolu

AFFA avrokuboklar üçün 6 Premyer Liqa klubuna lisenziya verdi

Bu gün keçirilən AFFA-nın Lisenziya Komissiyasının iclasıda Premyer Liqada çıxış edən 6 kluba UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilib.

Aut.az xəbər verir ki, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz” və Zirə” 2024/2025 avrokuboklar mövsümü üçün lisenziya əldə edib.

“Səbail”, “Kəpəz”, “Araz Naxçıvan” və “Qəbələ” kollektivlərinə isə lisenziya verilməyib.