Boks

Məğlubedilməzin arzusu: Kiminlə sparrinq məşq etmək istərdi?

Məğlubedilməz ukraynalı boksçu Aleksandr Usik sabiqlərdən kiminlə sparrinq məşq etmək arzusunda olduğunu deyib.

Aut.az xəbər verir ki, Usik suala qızaca olaraq “Corc Forman” cavabını verib.

75 yaşlı amerikalı Corc Forman olimpiya çempionu və ağır çəkidə keçmiş şəksiz dünya çempionudur.

Daha əvvəl Usik bildirmişdi ki, onun boksdakı kumiri  Məhəmməd Əlidir.

Şənbə günü, mayın 18-də Aleksandr Usik ağır çəkidə mütləq dünya çempionu adı uğrunda britaniyalı Tayson Fyuri ilə döyüşəcək.

Aut.az