Taysondan şok etiraf: Ömrümün ən yaxşı illəri həbsxanada keçən illərdir
Boks üzrə ağır çəkili keçmiş dünya çempionu Mayk Tayson heyrətləndirici açıqlama verib.
Aut.az xəbər verir ki, “Dəmir Mayk” həbsxanada keçirdiyi illərin həyatının ən yaxşı illəri olduğunu deyib.
“Həyatımın ən yaxşı üç ilini həbsxanada keçirdim. Özümlə barışmışdım. Baxın, sülh, sabitlik, tarazlıq yoxdursa, pul heç nə demək deyil. Həyatınızın hər sahəsinə nəzarət etmək üçün sağlam düşüncəyə sahib olmalısınız. Mən həmişə demişəm ki, Allah səni cəzalandırır, nə istəyirsənsə verir ki, görsün bunun öhdəsindən gələ bilirsən, yoxsa yox”, – deyə Tayson bildirib.
Tayson 1992-ci ildə zorlamaya görə 6 il müddətinə azadlıqdan məhrum edilib, boksçu bunun 3 ilini həbsdə keçirib.
Aut.az
