Boks

ABŞ-dən deportasiya olunan kimi həbs olundu

Keçmiş WBC dünya çempionu Xulio Sezar Çaves Meksikada ağır cinayətlərdə ittiham olunaraq həbs edilib.

Aut.az xəbər verir ki, bu barədə “MMAfighting” məlumat yayıb.

Məşhur boksçunun oğlu ABŞ-də Ceyk Pola qarşı döyüşdən sonra 46 gün həbsdə qaldıqdan sonra deportasiya olunub. Lakin sərhədi keçib Meksikaya daxil olan kimi Çaves dərhal saxlanılıb və Sonora həbsxanasına göndərilib. O, silah və partlayıcı maddələrin alverində ittiham olunur.

Qeyd edilir ki, onun barəsində həbs qərarı hələ 2023-cü ildə çıxarılmışdı. O zaman Çaves narkokartellə əlaqədə şübhəli bilinirdi.

Çaves 2011–2012-ci illərdə WBC dünya çempionu olub, ancaq Serxio Martinesə uduzduqdan sonra titulu itirib. Həmin döyüşdən sonra orqanizmində marixuana aşkarlanmış və 9 aylıq diskvalifikasiya almışdı.

Aut.az