Mutu “gələn kimi “bu futbolçunu alın” dedi: “Traktor”da oynayıb
“Neftçi”nin yeni baş məşqçisi Adrina Mutunun komandaya cəlb etmək istədiyi ilk futbolçu bəlli olub.
Aut.az xəbər verir ki, 44 yaşlı mütəxəssis rəhbərlikdən Rumıniya CFR-ində çıxış edən Yuri Matiasın transfer olunmasını istəyib. Bu barədə “Prosport.ro” məlumat yayıb.
“Ağ-qaralar”ın 28 yaşlı mərkəz müdafiəçisi üçün danışıqlara başladığı bildirilir. CFR-in 500 min avro tələb etdiyi iddia olunur.
“Neftçi”dən başqa Mutunun sabiq klubu “Rapid” də braziliyalı futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Matias “Qaz Metan” (Rumıniya), “Traktor” (Təbriz), “Akademika” (Portuqaliya) klublarında da çıxış edib.
