Azərbaycan futbolu

Azərbaycan futbolu millisi İngiltərəyə qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsindəki (EBSL) ilk oyununda İngiltərə yığmasını məğlub edib.

Aut.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan komanda Batumi çimərlik meydançasında baş tutan görüşdə 8:3 hesablı qələbə qazanıb.

Millinin heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev hərəyə 2 qol vurublar.

Azərbaycan millisi qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə iyulun 17-də Latviyaya qarşı keçirəcək.