İspaniya

Xavi ilə dalaşan hücumçunu “İnter”ə təklif ediblər

“Barselona”nın hücumçusu Vitor Roke baş məşqçisi Xavi ilə mübahisə edib.

Aut.az xəbər verir ki, belə qənaəti onun agentinin son açıqlamaları formalaşdırır.

Xavi gələn mövsüm “Barselona”nın baş məşqçisi kimi qaldığı üçün komandada Rokeyə yer yoxdur. Kataloniyalılar 19 yaşlı braziliyalı üçün yeni klub tapmaq istəyir.

İtaliyanın “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, Vitor Rokeni “İnter”ə icarəyə təklif ediblər.

İtaliya çempionu gələn mövsüm üçün ehtiyat hücumçu axtarır.

Roke bu ilin yanvarında “Barselona”ya keçdikdən sonra bütün yarışlarda 13 matçda iştirak edib və 2 qol vurub.

Aut.az