İspaniya

Biz “Real” deyil, “Barsa”yıq – Flikdən atmaca

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasının gərgin qrafikindən danışıb.

Aut.az xəbər verir ki, cümə axşamı, martın 27-də La Liqanın 27-ci turunun təxirə salınmış “Barselona” – “Osasuna” oyunu keçiriləcək. Bazar günü, martın 30-da “blauqrana” 29-cu turda “Jirona” ilə qarşılaşacaq.

-“Real” matçlar arasında 72 saatdan az fasilə olduqda, oynamaqdan imtina etdi. Bəs siz bu həftə…

– Biz “Real” deyil, “Barsa”yıq. Mən çox fəxr edirəm ki, biz Barsayıq”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Flikdən sitat gətirib.

Qeyd edək ki, bundan əvvəl “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti La Liqanı oyunların təqvimi ilə bağlı tənqid etmiş və komandasının iki oyunu arasında 72 saatlıq fasilə olmasa, boykotla hədələmişdi. Daha sonra “Real Madrid”in qapıçısı Tibo Kurtua da oxşar iddialarla çıxış edib.

Aut.az