İspaniya

Qərar verildi: Ançelotti top-oyunlar üçün sistemi dəyişdi

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti uruqvaylı yarımmüdafiəçi Federiko Valverde ilə bağlı qərar verib.

Aut.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu mövsümün həlledici görüşlərində doğma mövqeyində – yarımmüdafiənin mərkəzində yox, sağ cinah müdafiəçisi kimi oynayacaq. Meydanın mərkəzində isə onun mövqeyində ya Luka Modriç, ya da Dani Seballos qərarlaşacaq.

Buna səbəb Dani Karvaxalın zədələnməsi və Lukas Vaskesin müdafiədəki zəif çıxışıdır. Daha sadə oyunlarda – La Liqa və Kubok matçlarında müdafiənin sağ cinahında Lukas olacaq.

Aut.az