İspaniya

Cinsi təcavüz ittihamını rədd edir, amma deyir ki, iki qadınla…

“Elçe”nin hücumçusu Rafa Mir cinsi təcavüz iddiasında özünü günahkar hesab etmir.

Xatırladaq ki, hücumçu 2024-cü ilin sentyabr ayının əvvəlində iki qadına qarşı cinsi təcavüz şübhəsi ilə həbs olunmuşdu. İddia edilən zərərçəkmişlərdən birinin ifadəsinə görə, cinayət futbolçunun evində keçirilən xüsusi məclisdə baş verib. Qadın və onun dostu Mir ilə gecə klubunda görüşdükdən sonra orada iştirak ediblər.

Aut.az xəbər verir ki, iş üzrə istintaq hələ də davam edir. “Sevilya”dan “Elçe”yə icarəyə verilən oyunçuya 500 metr məsafədə qadınlarla təmasda olmaq və ya onlara yaxınlaşmaq qadağan edilib. Prokurorlar cinsi təcavüzə görə doqquz il, bədən xəsarətə və emosional stressə səbəb olduğuna görə isə daha 18 ay olmaqla 10,5 il həbs cəzası tələb edirlər.

Müdafiə tərəfi zorakılığı inkar edən yazılı bəyanat təqdim edib.  Futbolçunun sözlərinə görə, o, Valensiyadakı bir gecə klubunun VIP zonasında iki qadınla tanış olub və orada onlardan biri ilə cinsi əlaqədə olub. Daha sonra onlar Mirin evinə gediblər və orada ikinci qadınla cinsi əlaqədə olub. Daha sonra o, yenidən birinci qadınla cinsi əlaqədə olub.

Mirin vəkillərinin sözlərinə görə, qadınlar Rafanın hər ikisi ilə yatdığı üçün dava ediblər. Mənzil kompleksinin təhlükəsizlik işçiləri müdaxilə edib, ardınca yerli polis qadınlardan ifadə alıb.

Müdafiə tərəfi bildirib ki, həmin axşam təqdim edilən sənədlərin heç birində cinsi təcavüzdən bəhs edilməyib, çünki şikayətçilərdən heç biri bu cür bir şey bildirməyib.

Rafa Mirin tərəfi bəraət hökmü və açıq məhkəmə prosesi tələb edir, ittiham tərəfi isə dinləmənin qapalı keçirilməsini istəyir.

Aut.az