Dünya futbolu

Matiç Fransa klubunda

“Roma”nın futbolçusu Nemanya Matiç karyerasını Fransada davam etdirəcək.

Aut.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi “Renn”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.35 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

“Renn” yarımmüdafiəçi üçün 2,5 milyon avro ödəyib.

Matiç daha əvvəl İngiltərədə “Mançester Yunayted” və “Çelsi”də forma geyinib.