İngiltərə Premyer Liqasının 35-ci turunun “Vest Hem” – “Liverpul” oyununda (2:2) insident yaşanıb.
Aut.az xəbər verir ki, qonaqların futbolçusu Məhəmməd Salah əvəzetmədən meydana çıxmağa hazırlaşarkən baş məşqçisi Yurgen Kloppla mübahisə edib.
Hadisə matçın 82-ci dəqiqəsində London klubu hesabı bərabərləşdirdikdən sonra baş verib. Salahı söz atışmasından sonra almaniyalı mütəxəssisin üzərinə şığımaq istəyib. Yanında dayanan və meydana çıxmağa hazırlaşan Darvin Nunyes ilə Co Qomez onu sərhal sakitləşdiirblər.
İngiltərə çempionatının 35 turundan sonra “Liverpul” 75 xal toplayıb. “Qımızılar” hazırda lider “Arsenal”dan 2 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, Klopp bu mövsümün sonunda “Liverpul”u tərk edəcək.