Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşdi
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.
Aut.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan yarımfinal görüşündə “Xırdalan”la üz-üzə gələn “Sabah” ikinci duldən də qalib ayrılıb – 81:62
Seriyanın ilk görüşündə son çempion (101:85) qələbə qazanmışdı.
Qeyd edək ki, yarımfinalın digər cütündə sabah “NTD-İndiqo” ilə “Xəzri” komandaları qarşılaşacaq. İlk matçda ikincilər 63:61 hesablı qələbə qazanıb.
