Əfsanə onu müdafiə etdi, komanda yoldaşlarını qınadı
“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand Çempionlar Liqasının yarımfinalının “Real”la cavab oyunundan (1:2) sonra “Bavariya”nın hücumçusu Harri Keyn haqda danışıb.
Aut.az xəbər verir ki, Ferdinand Keyni müdafiə edib, onun komanda yoldaşlarını isə qınayıb.
“Bavariya” Keyni kuboklar qazanmağa davam etmək üçün gətirdi və mən onun komanda yoldaşlarının onu ruhdan saldığını hiss edirəm. Məğlubiyyətdə onun günahı yoxdur. Həmişə öz işini gördü. O, daim qol vurdu. Düşünürəm ki, matçdan sonrakı axşam onun ürəyi çox ağrıyıb”, – BBC Ferdinandın sözlərindən sitat gətirib.
Xatırladaq ki, Münhen klubu cavab oyununun sonunda iki qol buraxaraq, “Real Madrid”ə ümumilikdə 3:4 hesabı ilə uduzub. Qeyd edək ki, bu mövsüm “Bavariya” Keynlə bir titul da qazana bilməyib.
Aut.az
