Görün “Arsenal”la “Liverpul” kimə göz dikib
“Arsenal” və “Liverpul” “Barselona”nın 17 yaşlı vingeri Lamin Yamalla maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə TEAMtalk jurnalist Migel Delaniyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubu maliyyə problemləri səbəbindən ən bahalı aktivlərinin bir qismini satmaq məcburiyyətində qala bilər. “Blauqrana”nın yarımmüdafiəçilər Qavi və Pedrini də satmağı düşünə biləcəyi bildirilir.
Bu mövsüm Yamal bütün turnirlərdə 13 matçda iştirak edib, o, beş qol vurub və yeddi məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur.
Aut.az
