MY ərəblərə yalvarır: Gəlin onları alın
İngiltərənin “Mançester Yunayted” klubu Antoni və Ceydon Sançoya alıcı tapmaq niyyətindədir.
Aut.az xəbər verir ki, ingilislər oyunçularını satmaq üçün Səudiyyə Ərəbistanı klublarına müraciət etdilər. Bildirilir ki, MY onların hər birinə 50 milyon funt sterlinq və ya 58 milyon avro qiymət qoyub.
“Mançester Yunayted” 2022-ci ildə Antoni üçün 86 milyon funt sterlinq (100 milyon avro) ödəyərək transfer edib.
Sanço hazırda “Borussiya” Dortmundda icarədədir və elə oradan 2021-ci ildə 73 milyon funta (85 milyon avro) “Mançester Yunayted”ə keçib.
Aut.az
