İngiltərə

MY onunla razılaşdı, qaldı klubu

“Mançester Yunayted” “Atalanta”nın Ederson transferini reallaşdırmağa yaxındır.

Aut.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Ederson MY ilə müqavilə şərtlərini razılaşdırıb və ötən həftədən digər klublarla danışıqları dayandırıb.

Bildirilir ki, mankunianlılar artıq bir neçə həftədir İtaliya klubu ilə 26 yaşlı braziliyalının 45 milyon avroya mümkün transferini müzakirə edir.

Ederson 2025/26 mövsümündə “Atalanta”nın heyətində bütün turnirlərdə keçirdiyi 41 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.