Pep əmin etdi: O, uzun illər burada qalacaq
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ” Siti”nin vingeri Ceremi Dok haqda fikirlərini bölüşüb .
“Bu, Cereminin klubdakı uzun illərinin başlanğıcıdır, inanın mənə. O, müstəsna cinah oyunçusudur. Yan xəttə getdi və ilk qolumuzu vurdu. Çox faydalı işlər gördü. Kluba gələndən bəri onun oyuna təsirindən çox məmnunam”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) Qvardioladan sitat gətirib.
Xatırladaq ki, Doku ötən yay “Renn”dən “Mançester Siti”yə keçib. Bu mövsüm 21 yaşlı belçikalı “şəhərlilər”in heyətində keçirilən bütün turnirlərdə 11 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.
Aut.az
