İngiltərə

Artıq onu tərifləyir: Sadəcə möhtəşəm futbol

“Çelsi”nin sahibi Todd Bouli komandanın baş məşqçisi Maurisio Poçettinonun işi ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, o, mütəxəssisi xeyli tərifləyib.

“Son iki matçda – “Tottenhem” (2:0), “Vest Hem” (5:0) və ən azı “Aston Villa” ilə oyunun (2:2) ikinci hissəsində aydın idi ki, biz sadəcə gözəl futbol nümayiş etdiririk.

Bu matçlarda hər şey saat mexanizmi kimi getdi – tam planlaşdırdığımız kimi. Bu oyunlarda siz həqiqətən birlikdə nə üzərində işlədiyimizi anlamağa başlaya bilərsiniz. Bu müddət ərzində “Çelsi” ətrafında şərhlərin fonu da dəyişdi. Mən heç vaxt belə dramatik dəyişiklik görməmişdim”, – Bouli “The Athletic”ə bildirib.

“Çelsi” hazırda Premyer Liqanın turnir cədvəlində 7-ci yerdədir.

Aut.az