“Mançester Yunayted ”in keçmiş müdafiəçisi Patris Evra Erik ten Haqın qovulmamasına çağırıb.
Aut.az xəbər verir ki, Evra bu barədə “Times Now”a danışıb.
“Sizə bir şeyi deyə bilərəm: işdən çıxarılan məşqçilər kifayət qədərdir. Eriki qovsaq , bu, qovduğumuz beşinci məşqçi olacaq. Belə “Mançester Yunayted” olmaz. “Yunayted” sadiq komandadır. Amma indi bu, belə deyil.
İndi Cim Ratkliff gəlib və o, futbola fokuslanıb, ona görə də bütün təzyiqlərin onun üzərində olacağını düşünürəm. Mən heç vaxt azarkeşlərə yalan danışmaram. Hazırda işlərimiz yaxşı getmir.
“Aston Villa”ya 0:2 hesabı ilə uduzduğumuz zaman fasilədə dedim ki, “Yunayted” belə oynamağa davam etsə, 3:2 hesabı ilə qalib gələcək. Hamı deyirdi ki, mən dəli olmuşam, amma 3:2 hesabı ilə qalib gəldik. Heyrətamiz idi. Amma bundan sonra “Nottingem Forest”ə uduzduq. Sabitlik çatışmır.
Erik ten Haq məni maraqlandırmır. Mən sadəcə məşqçinin yerində olduğundan əmin olmaq istəyirəm və biz onu dəstəkləyirik, çünki keçən il hamı Erik ten Haqın doğru insan olduğunu demişdi. Ötən mövsüm yaxşı iş gördü.
Amma “Yunayted”də hər il nə isə qazanmalı və yaxşı oynamalısan, ona görə də o, ilk dördlüyə düşə bilməsə, qovula bilər.
Amma məşqçilərin işdən çıxarılmasından bezmişəm. Joze Mourinyodan sonra “Çelsi”ni xatırlayın, onlar məşqçiləri işdən çıxarmağa hələ də davam edirlər. Sabitlik və ardıcıllıq yoxdur”, – Evra deyib.
Aut.az