Keynin penaltini hara vuracağını Luninə söylədi, amma… – FOTO
Aprelin 30-da Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyununda “Bavariya” və “Real Madrid” komandaları qarşılaşıb.
İlk görüş Münhendə “Allianz Arena”da keçirilib və heç-heçə ilə yekunlaşıb – 2:2 .
Aut.az xəbər verir ki, “Bavariya” ikinci qolu penaltidən vurub. Penalti zərbəsindən əvvəl televiziya kameraları “Real Madrid”in ulduz yarımmüdafiəçisi Jude Bellinqemin Keynin penaltini hara vuracağını Luninə göstərdiyi anı lentə alıb.
Lakin Andrey qapının digər küncünə tullanmağa qərar verib. Keyn və Bellinqem İngiltərə yığmasında birlikdə oynayır.

Aut.az
