Futbol tarixinin ən maraqlı qol sevincləri müəyyən edilib.
Aut.az xəbər verir ki, Britaniyanın “FourFourTwo” jurnalı 32 qol sevincini tərtib edib. 1994-cü il Dünya Kubokunda komanda yoldaşları ilə yeni doğulmuş uşağını qucağında yellədiyini göstərən braziliyalı Bebetonun qol sevinci reytinqə başçılıq edir.
Siyahı, Çempionlar Liqasında PSJ-yə “Borussiya” ilə qol vurduqdan sonra Erlinq Haalandın göstərdiyi meditasiyası ilə tamamlanır.
10 ən maraqlı qol sevinci
- Bebeto ( Braziliya ) – qucağındakı uşağı yelləyir.
- Marko Tardelli ( İtaliya ) – Almaniya ilə DÇ-1982-in finalında qələbə qolunu vuruqdan sonra “qol, qol!” qışqıraraq ehtiyat oyunçular skamyasına tərəf qaçdı.
- Pol Qaskoyn (İngiltərə) – Avro-96-da Alan Şirer , Stiv Makmanaman və Ceymi Rednapp onun ağzına butulkada su tökərkən qazona yıxıldı.
- Ueyn Runi ( Mançester Yunayted ) – “Tottenhem”lə Premyer Liqa oyununda havada bir neçə yumruq atdı və nokauta düşmüş kimi yıxıldı.
- Roje Milla (Kamerun) – Dç-1990-da künc bayrağının yanında rəqs etdi.
- Yurgen Klinsmann (“Tottenhem”) – debüt qolundan sonra o, özünü qazona tullayıb və bununla əvvəllər tənqid olunmasına cavab verib.
- Kriştiano Ronaldo (Real Madrid) – 2014-cü ildə “Qızıl top”u qazandıqdan sonra “Siuuu” (“Portuqal dilində “Bəli”) qışqıraraq havaya tullanmağa başladı.
- Andres İnyesta (İspaniya) – 2010-cu il Dünya Kubokunun finalında qol vurduqdan sonra formasını çıxarıb və mərhum Daniel Harkenin xatirəsinə hazırlanmış maykanı göstərib.
- Peter Krauç (İngiltərə) – DÇ-2006 öncəsi Yamayka ilə yoldaşlıq oyununda (6:0) rəqs edib.
- Lionel Messi (“Barselona”) – “Real Madrid”lə səfər matçında qələbə qolunu vurduqdan sonra (karyerasının 500-cü qolunu) formasını çıxarıb azarkeşlərə göstərib.
Aut.az