Ferstappeni Bakıdakı məğlubiyyət çempion edib: Qəzəblə dedi ki…
Keçmiş Formula 1 sürücüsü və hazırda ekspert kimi çalışan Karun Çandhok maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, bu ilin dünya çempionu, “Red Bull” pilotu Maks Ferstappenin nəticələrinə təsir edən və Azərbaycan Qran Prisiylə bağlılığı olan hekayəni danışıb:
“Mən Maksın atası Cos ilə Qətərdə oğlu çempionluq titulunu rəsmiləşdirdikdən sonra görüşdüm. Mövsüm haqqında danışdıq. O, Bakıda Serxio Peresə uduzduqdan sonra Maksın qəzəbləndiyini və evə qayıdanda “Bu mövsüm bir daha ona uduzmayacağam. Bir daha məni məğlub etməyəcək” dediyini bildirdi. O, haqlı idi. Bu, həqiqətən də vacib və dönüş nöqtəsi idi”.
Qeyd edək ki. ötən mövsüm Azərbaycan Qran Prisindən sonra Peres və Ferstappenin hər birinin iki qələbəsi var idi, lakin sonradan Maks tərəfdaşı üzərində tam üstünlüyə nail oldu.
