Formula 1

İllər sonra açıqlandı: Əfsanə ilə niyə müqavilə imzalanmayıb?

Ferrari 1993-cü ildə Ayrton Senna ilə müqavilə imzalamayıb.

Aut.az xəbər verir ki, səbəb kimi komandanın o dövrdə Jean Alesi və Gerhard Berger ilə mövcud müqavilələrinin olması göstərilir. Bu barədə komadanın keçmiş rəhbəri Can Todt “High Performance” verilişində danışıb.

Todtun sözlərinə görə, potensial transferin baş tutmamasının əsas səbəbi əməkdaşlığın başlanma vaxtı ilə bağlı fikir ayrılığı olub. O dövrdə Ayrton Senna “McLarendan” narazı idi və 1994-cü ildən etibarən “Ferrari”yə keçmək istəyirdi.

Lakin Todt bu keçidi vaxtından əvvəl sayaraq razılaşmayıb. O bildirib: “Mənim üçün müqavilənin hüquqi qüvvəsi var”.

“Ferrari” rəhbərliyi Sennanı yalnız 1995-ci ildə komandaya gətirməyi planlaşdırırdı. Lakin braziliyalı pilot 1994 mövsümü üçün “Williams Racing” ilə müqavilə imzalayıb və həmin mövsüm San Marino Grand Prix 1994 zamanı baş verən qəza nəticəsində həlak olub.

Daha sonra 1996-cı ildə “Ferrari”nin lider pilotu Michael Schumacher olub.

Aut.az