TennisFormula 1

“Bir nömrə” ən çox izlədiyi idmançının adını açıqladı

Dördqat Böyük Dəbilqə qalibi, dünya birincisi Yannik Sinner tennisdən başqa növdə ən çox izlədiyi idmançının adını açıqlayıb.

Aut.az xəbər verir ki, 23 yaşlı italyan tennisçi”Ferrari” komandasında çıxış edən 27 yaşlı monakolu Formula-1 pilotu Şarl Lekleri izləməyi sevdiyini bildirib.

Qeyd edək ki, Sinner və Lekler tanışdırlar və dostluq münasibətləri saxlayırlar. Bundan əlavə, Yannik Şarlın Monako Qran-prisindəki son qələbəsini şəxsi şəkildə təbrik edib.

Aut.az