Qayıdır, artıq bu ölkədədir – FOTO
Böyük Dəbilqənin 22 qat çempionu, ispan tennisçi Rafael Nadal Brisbendə keçiriləcək ATP-250 turnirində iştirak etmək üçün Avstraliyaya gəlib.
Aut.az xəbər verir ki, əsas püşkatmada yarışlar 2023-cü il dekabrın 31-də başlayacaq və 2024-cü il yanvarın 7-dək davam edəcək. Nadal “X” hesabında “Salam, Avstraliya” yazıb.
Xatırladaq ki, 37 yaşlı ispan tennisçi 2023-cü il yanvarın 18-də “Australian Open 2023” çempionatının ikinci turunda amerikalı Makkenzi Makdonaldla matçda aldığı ağır zədə səbəbindən ötən mövsümü buraxmışdı.
Avstraliya Açıq turnirindən sonra Nadal zədəsini sağaldır, yeni mövsümdə geri qayıtmağı planlaşdırırdı.
Aut.az

