İspaniya

Karvaxal komanda yoldaşına istehza edib? – VİDEO

İspaniya mətbuatı iddia edir ki, “Real Madrid” in sağ cinah müdafiəçisi Daniel Karvaxal La Liqada “Betis”ə qarşı oyunda (1:1) komanda yoldaşı Trent Aleksandr-Arnoldun oyununu lağa qoyub.

Aut.az xəbər verir ki, oyun epizodunda Trent “Betis”in əks-hücumu zamanı yavaş-yavaş müdafiəyə qayıdarkən, kameralar Karvaxalın ehtiyat oyunçular skamyasında oturduğunu və barmaqları ilə yerimək jesti etdiyini çəkib.

İddia olunur ki, o, bu jestlə ingilisə işarə edib. 34 yaşlı Karvaxal son vaxtlar nadir hallarda meydana çıxır və start heyətində yer almaq üçün Trentə uduzur.

Aut.az