Formula 1

Oğlumun öldüyü gündə də hücuma məruz qaldım: Sulayemdən etiraf

Beynəlxalq Avtomobil Federasiyasının ( FİA ) prezidenti Məhəmməd bin Sulayem “Kadillak”ın Formula1-ə 11-ci komanda kimi çıxması uğrunda apardığı mübarizədən danışıb.

Aut.az xəbər verir ki, onun sözlərini “Exspressen” sitat gətirib:

“Əlbəttə, bu, təkcə idman deyil, həm də əyləncə və biznesdir. Amma bunu pul qazanan maşına çevirmək olmaz – bu, idmanın sonunun başlanğıcı olardı. Ömrümün iki ilini Formula 1-də 11-ci komandanın meydana çıxması uğrunda mübarizə apardığım üçün hücuma məruz qaldım. Hətta oğlumun öldüyü gün də.

Niyə? Müraciət prosesinin açılmasını istəmədilər. Onların vecinə deyil. Bəziləri alınmışdılar və başqa komanda istəmirdilər. Hamı buna qarşı idi. Edilənlər FİA-nın əməyidir,  bütün zərbələri mən öz üzərinə götürdüm. Yenidən zərbələr almağa hazırammı? Bəli, əgər bununla bağlı bir şey varsa”, – bin Sulayem bildirib.

Aut.az