Atletika

DÇ-nin gümüş mükafatçısına 4 il cəza verildi

İdman Arbitraj Məhkəməsi (CAS) amerikalı atlet Arrion Naytonu antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edib.

Aut.az xəbər verir kibu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.

Keçən il may ayının sonunda trenbolonun olduğunu göstərən yarışdan kənar dopinq testindən sonra ABŞ Antidopinq Agentliyi (USADA) tərəfindən idmançıya ittiham irəli sürülüb. Amerikalı 19 iyun 2024-cü ildə Arbitraj Tribunalına müraciət edib və xeyrinə qərar çıxarılmasına nail olub.

Amma 2024-cü ilin avqustunda Ümumdünya Atletika və Ümumdünya Antidopinq Agentliyi (WADA) USADA və Naytona qarşı CAS-a müraciət edərək, Arbitraj Tribunalının qərarının ləğv eolunmasını və idmançını 4 il müddətinə diskvalifikasiya edilməsini istəyib, onun təqdim etdiyi sübut və izahatların qeyri-adekvat və statistik cəhətdən qeyri-mümkün olduğunu bildirib.

21 yaşlı Nayton 2022-ci il Dünya Çempionatının bürünc mükafatçısı və 2023-cü ildə 200 metr məsafəyə qaçış üzrə vitse-çempiondur.

Aut.az