Formula 1

Alonso ət və balıq yeməkdən niyə imtina edib?

“Aston Martin” komandasının sürücüsü Fernando Alonso formada qalmaq üçün pəhrizini necə dəyişdiyini izah edib.

Aut.az xəbər verir ki,

“Mən ümumiyyətlə çox yemirəm. Pedro de la Rosa 3 nəfərlik yemək yeyir. 8-9 ay əvvəl ət və balıqdan imtina etməyə başladım. Özümü pis hiss etdim, ağırlıq hissi var idi, həzm pis idi. İndi demək olar ki, vegetarian pəhrizinə sadiq olduğumu düşünürəm”.

Mövsümünün 16 mərhələsindən sonra Alonso 50 xalla turnir cədvəlində 9-cu yerdədir. Lider “Red Bull” pilotu Maks Verstappendir.

2024-cü il mövsümünün növbəti mərhələsi – Azərbaycan Qran Prisi sentyabrın 13-dən 15-dək baş tutacaq.

Aut.az