Şumaxer tuneldən üç təkər üzərində çıxıb, o da ağlayıb
“Alpin” pilotu Esteban Okon əfsanəvi yarışçı Mixael Şumaxerin iştirak etdiyi və fransızı uşaq vaxtı ağladan epizoddan danışıb .
“Mən Şumaxerin qırmızı avtomobilində hamıya hakim olduğunu gördüm və gənc olanda qırmızı rəng çox diqqəti cəlb edir. Atam tez-tez Formula 1 yarışlarına baxırdı. Yarış Fransanın TF1 kanalında yayımlanırdı, şərhçi Jan-Lui Monse idi. Bazar günləri televizorun qarşısında bir yerdə oturardıq.
Monako Qran Prisi, məncə, 2004-cü il idi. Mayk tuneldə gözdən itir və oradan üç təkər üzərində çıxır. O vaxtlar tunelin içərisində belə yaxşı kameralar yox idi. Gözlərimə inanmadım. Nə olub? Sadəcə nə baş verdiyini anlamadım və ağladım”, – Okonun sözlərini Formula 1-in rəsmi saytı sitat gətirir.
Aut.az.
