Növbəti çempionluqdan sonra karyerasını başa vuracaq?
“Ferrari”də yarışan məşhur britaniyalı yarış pilotu Lyuis Hemilton səkkizinci Formula 1 çempionluğunu qazanacağı təqdirdə karyerasını bitirməyi planlaşdırmadığını bildirib.
Aut.az xəbər verir ki, o, daha titul qazanmağın hədəflər siyahısında olduğunu söyləyib:
“Daha bir titul qazanmaq, bu, əlbəttə ki, bizim məqsədimdir. Bununla da dayanacağımı düşünmürəm. Mən artıq iki çempion komanda ilə işləmişəm və qalib komandanın necə göründüyünü bilirəm. “Ferrari”də inanılmaz ehtiras var. Uğur qazanmaq üçün lazım olan hər şey buradadır”.
Qeyd edək ki, ötən ay Formula 1-in yeddiqat çempionu “Ferrari”nin Barselonada mövsümöncəsi sınaqlarının ikinci günündə qəzaya uğrayıb və avtomobili sıradan çıxıb. Hemilton xəsarət almayıb. Qəza isə avtomobilin asma və aerodinamik elementlərinə ziyan vurub.
Aut.az
