Qərar verildi: “Siti” bu 7 oyunçunu satır
Bu yay “Mançester Siti”nin rəhbərliyi bir neçə yaşlı futbolçunu sataraq komandanı yenidən qurmaq niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Mənbənin məlumatına görə, yarımmüdafiəçilər Kevin De Bruyne, Bernardo Silva, İlkay Gündoğan, Mateo Kovacic, müdafiəçi Con Stounz, qapıçı Ederson, həmçinin sentyabrda 30 yaşı tamam olan cinah yarımmüdafiəçisi Cek Qrilişin cari mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilir.
Qvardiolanın bu qış komandaya yeni gələnlər: Niko Qonzales, Abdukodir Xusanov, Ömər Marmus və Vitor Reyesə daha çox oyun vaxtı təmin etmək niyyətində olduğu vurğulanır.
Aut.az
