“Red Bull” ondan imtina etdi: Cəmi iki yarışdan sonra
“Red Bull” Formula 1 komandası mövsümün cəmi iki yarışından sonra ikinci pilot Liam Lousonu yeniyetmələr komandasına göndərmək qərarına gəlib.
Aut.az xəbər verir ki, Liam “Red Bull”da Serxio Peresi əvəz edirdi və komanda rəhbərliyi ümid edirdi ki, o, ardıcıl olaraq xal gətirəcək.
Lakin Louson mövsümün ilk iki yarışında məyus oldu: o, Avstraliya Qran Prisində trasdan ayrıldı və Çin Qran Prisində 12-ci oldu. Eyni zamanda, onun ulduz ortağı Maks Ferstappen 36 xalla sürücülər sıralamasında ikincidir. Konstruktorlar çempionatında “Red Bull” hazırda lider “Maklaren”dən 42 xal geri qalaraq ikincidir.
“Autosport”un məlumatına görə, Yuki Tsunoda Lousonu əvəz edəcək.
Aut.az
