Bu komanda Fomula-1-ə qayıdır?
“Katerhem” komandasının 2027-ci ildə Formula-1-ə qayıtma ehtimalı var.
Aut.az xəbər verir ki, küveytli investor Saad Kassis-Mohamed brendin kommersiya istifadəsi üçün lisenziya əldə edib.
Onun rəhbərlik etdiyi “SKM Capital” şirkəti “SKM Racing” layihəsinə ilk üç ildə təxminən 280 milyon avro sərmayə yatırmağı planlaşdırır.
Artıq Silverstounda texniki mərkəz icarəyə götürülüb və 2026-cı ilin əvvəlinə qədər FİA-ya rəsmi müraciət təqdim olunacaq.
Xatırladaq ki, “Katerhem” 2010–2014-cü illərdə Böyük Britaniyada yerləşirdi və Formula-1-də çıxış edirdi. Lakin həmin müddətdə komandanın pilotları bir dəfə də olsun xal qazana bilməmişdi.
Aut.az
