Formula 1

Mövsümün sürprizi bu komanda olacaq?

“Maklaren” komandasının direktoru Andrea Stella “Uilyams”ı  Formula 1-in ilk dördlüyünə düşmək üçün sürpriz namizəd adlandırıb.

Aut.az xəbər verir ki, “Uilyams”ın yeni sürücüsü Karlos Sayns Bəhreyndə mövsümöncəsi testlərin ikinci günündə liderlik edib.

Stella bildirib ki, “Uilyams” intensiv əyləc, sürətlənmə və orta sürətli döngələri əhatə edən Bəhreyn trassında böyük rəqabət qabiliyyəti nümayiş etdirib.

“Gördüm ki, dövrə sürəti baxımından ilk dörd komandadan başqa, “Uilyams” da rəqabətli görünür.

Əslində, mən sadəcə aşkar olanı deyirəm, çünki əminəm ki, hər kəs bunu görür. Ona görə də düşünürəm ki, “Uilyams” bu sahədə irəliyə doğru əhəmiyyətli bir addım atmış ola bilər”, – Stella deyib.

Aut.az