Hər iki ayağını itirən Formula 1 pilotu öldü
Formula 1-in keçmiş pilotu Aleks Zanardi 59 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Ölüm səbəbi barədə məlumat verilməyib.
Zanardi 1991-ci ildən 1994-cü ilə qədər və yenidən 1999-cu ildə Formula 1-də yarışıb. O, iki çempionluq qazandığı “American CART” seriyasında böyük uğurlar əldə edib.
2001-ci ildə yarış qəzasında hər iki ayağını itirib, daha sonra paraşütlə məşğul olub və dörd Paralimpiya qızıl medalı qazanıb.
Aut.az
