Satılmır: 1,2 milyardlıq təklifi rədd etdilər
Formula 1 komandası “Alpin” adı açıqlanmayan alıcının 1,2 milyard dollarlıq təklifini rədd edib.
Aut.az xəbər verir ki, bu barədə “PLANetF1” məlumat yayıb.
Əvvəllər mətbuatda “Alpin” komandasının mümkün satışı ilə bağlı mütəmadi məlumatlar yayılırdı. Avtomobil idmanına marağı ilə tanınan “Renault”un keçmiş baş direktoru Luka de Meonun getməsi bu söz-söhbətləri daha da gücləndirdi. Lakin yeni rəhbərlik komandanı çempionatda saxlamaq qərarına gəlib.
Fransua Provo Luka de Meonu əvəz edərək, 2025-ci ilin iyulunda “Renault”da vəzifəyə keçdi. “Alpin” komandası 20 xalla 2025-ci il Konstruktorlar Çempionatında sonuncu yerdədir.
Aut.az
