Spirtli içki qalmaqalı: 4 futbolçu millidən qovuldu
Polşanın 17 yaşadək futbolçulardan ibarət yığmasında 4 futbolçu qalmaqala səbəb olub.
Aut.az xəbər verir ki, Oskar Tomçik, Filip Volski, Yan Labendzki və Filip Ruzqa U-17-lər arasında dünya çempionatının başlamasına beş gün qalmış komandadan kənarlaşdırılıb.
Noyabrın 5-də Polşanın U-17 komandası Bali adasında ABŞ-dan olan həmyaşıdları ilə yoxlama görüşü keçirib. Gecə, matçdan sonra Polşa millisinin dörd oyunçusu yerli barda sərxoş vəziyyətdə tapılıb. Tomçik hətta kəllə-beyin travması da alıb.
Elə ertəsi gün Polşa Futbol İttifaqı futbolçuların milli komandadan kənarlaşdırılması ilə bağlı bəyanat yayıb.
Aut.az
