Dünya futbolu

Bu da son: Məşhur klub çempionatdan çəkildi

“Dnepr-1” klubu 2024/25 mövsümü üçün Ukrayna çempionatını tərk edib.

Aut.az xəbər verir ki, bu barədə “TaToTake” məlumat yayıb.  “Dnepr” Ukrayna Premyer Liqasının Ümumi Yığıncağına çempionatdan çıxmaqla bağlı məktub göndərib. Məktubu “Dnepr-1”-in baş direktoru Anton Fursov imzalayıb.

Ötən mövsümü “Dnepr-1” 52 xalla dördüncü pillədə başa vurub. Mövsüm başa çatandan sonra komanda maddi sıxıntı yaşadı, sponsor tapılmadı, komandanın liderləri yeni klublar tapdılar.

Aut.az