Hava həyəcan siqnalı verildi, oyun yarımçıq qaldı
Noyabrın 6-da keçirilən Ukrayna Premyer Liqasının 13-cü turunun “Dnepr-1” – “Aleksandriya” matçı yarımçıq dayandırılıb.
Aut.az xəbər verir ki, Dneprdə keçirilən oyunun 71-ci dəqiqəsində hava hücumu ilə bağlı xəbərdarlıq siqnalı verilib. Hakim oyunu saxlayıb, futbolçular sığınacağa yerləşiblər.
Həmin vaxt “Dnepr-1” hesabda 1:0 öndə olub.
Aut.az
