BOK israilli idmançılarla bağlı xəbərdarlıq etdi: Ayrı-seçkilik edilərsə…
Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmançıları Qəzza zolağında baş verən hadisələr zamanı rəqiblərinə qarşı ayrı-seçkiliyə yol verməmək barədə xəbərdarlıq edib.
Aut.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayımlanıb.
Bildirilib ki, BOK şəxsi məsuliyyət konsepsiyasına əməl edir. İdmançılar öz hökumətlərinin hərəkətlərinə görə məsuliyyət daşıya bilməzlər.
Eyni zamanda vurğulanıb ki, idmançı və ya məşqçi tərəfindən ayrı-seçkilik davranışı aşkar edilərsə, BOK Tokio Olimpiadasında olduğu kimi qısa zamanda tədbir görəcək. Eyni zamanda milli olimpiya komitələrinə və müvafiq beynəlxalq federasiyalara məlumat veriləcək.
Tokio Olimpiadasında əlcəzairli cüdoçu Fethi Nurin püşkatmanın nəticələrini öyrəndikdən sonra israilli Tohar Boutboul ilə görüşməkdən imtina edib. Nurin Fələstinə dəstəyini ifadə edib və İsrail nümayəndəsi ilə döyüşə bilməyəcəyini bildirib. Cüdoçu dərhal yarışdan kənarlaşdırılıb. O və məşqçisi 10 il müddətinə diskvalifikasiya edilib.
Aut.az
