Dünya futbolu

Mübahisə etdilər, Messiyə tüpürdü – FOTO

Paraqvay millisinin futbolçusu Antonio Sanabria DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Argentina ilə keçirilən oyunda  Lionel Messiyə tüpürüb.

Aut.az xəbər verir ki, epizod televiziya kameralarına tuş gəlib. Oyunçular arasında şifahi mübahisədən sonra argentinalı onun yanından keçən zaman Sanabria Messinin kürəyinə tüpürüb. Hakim bu məqamda heç bir reaksiya verməyib.

Xatırladaq ki, Cənubi Amerikada DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turu çərçivəsində Argentina və Paraqvay milliləri qarşılaşıb. Komandalar Buenos-Ayresdəki (Argentina) “Antonio Vespucci Liberty” (Monumental) stadionunda üz-üzə gəliblər.

Argentina 1:0 hesabı ilə qalib gəlib. Üç oyundan sonra doqquz xal toplayan Argentina qrup lideridir. Paraqvay bir xalla yeddinci yerdədir.

Mübahisə etdilər, Messiyə tüpürdü – FOTO

Aut.az