400 azarkeş gələcək
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin 8-ci turunda Avstriyanı qəbul edəcək.
Aut.az xəbər verir ki, Bakıda keçiriləcək matçda qonaq komanda dəstəksiz qalmayacaq.
Bu barədə Avstriya Futbol Assosiasiyası məlumat yayıb. Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma üçün İsveçdən ölkəmizə 400 avstriyalı fanat gələcək.
Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək Azərbaycan – Avstriya görüşü saat 20:00-da başlayacaq.
