Dünya futbolu

“Ümid edirik ki, Messi pley-off üçün əla formada olacaq”

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino bir müddət əvvəl əzələ zədəsini sağaldan komandanın hücumçusu Lionel Messinin fiziki durumu haqda danışıb.

Aut.az xəbər verir ki, argentinalı mütəxəssis həmyerlisi barədə bu sözləri deyib:

“Oynanan hər matçda Messi daha da yaxşılaşacaq. Aydındır ki, Leo məşqdə fiziki olaraq artıq yüklənməməlidir. Amma tədricən oyunun ritminə daxil olmalıdır. Mənə elə gəlir ki, o, pley-off matçlarına yaxşı formada yanaşmalıdır. Leo klubdakı oyunlarla yanaşı, millidə də çıxış edəcək. Buna görə də onun pley-offa əla formada yaxınlaşacağına böyük ümidlər bəsləyirik”.

Qeyd edək ki, MLS-in müntəzəm mövsümünün “Nyu York Siti” ilə son oyunda (1:1) Messi 90 dəqiqəni meydanda keçirib.

Aut.az