Devid Bekhem Asiya Oyunlarında: Velosiped sürür
Sentyabrın 23-də Çində Asiya Oyunlarına start verilib. Oktyabrın 8-dək keçiriləcək turnirdə Hindistan komandasının heyətində Devid Bekhem adlı idmançı da var. Bekhem trek velosipedində yarışır.
O, artıq turnirin 1/4 finalına yüksəlib. Adını əfsanəvi ingilis futbolçu Devid Bekhemin şərəfinə alıb.
İdmançı etiraf edib ki, belə qeyri-adi ad onun üçün çoxlu gündəlik problemlər yaradır. Məsələn, sənədləri yoxlayanda sərhədçilər və ya polis əməkdaşları onun sənədlərinin real olduğuna inanmırlar və məlumatları araşdıraraq onu uzun müddət buraxmırlar.
Aut.az
