MY-dən gözlənilməz həmlə
“Bayern”in vingeri Serj Qnabri karyerasını İngiltərədə davam etdirə bilər.
Aut.az xarici xəbər verir ki, almaniyalı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır. “Qırmızı şeytanlar” futbolçu üçün 60 milyon avro təklif etməyə hazırdır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, 28 yaşlı hücumçu ötən mövsümdə 47 oyun keçirib, 17 qol vurub və 12 məhsuldar ötürmə edib.
