Türkiyə

“Qalatasaray”da yeni müqavilə

“Qalatasaray” futbolçusu Beknaz Almazbekovla müqaviləni uzadıb.

Aut.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2026-cı ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qalatasaray”ın yetirməsi olan qırğızıstanlı oyunçu U-19 komandasında forma geyinir.