İngiltərə

Gizli saxladığı sevgisi faş oldu – FOTOLAR

“Arsenal”ın futbolçusu Bukayo Sakanın Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən 2022/23 mövsümünün ən yaxşı gənc futbolçusu seçildiyi barədə məlumat vermişdik. O, ötən mövsüm də bu mükafata namizəd olan 6 futbolçudan biri idi.

“Topçular”ın əsas üzvlərindən olan ingiltərəli vinger 2022/23 mövsümündə Premyer Liqada 38 matçda 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Ondan bu mövsüm daha yaxşı performans gözlənilir.

Gizli saxladığı sevgisi faş oldu - FOTOLAR

Onun inztizamlı olması və baş məşqçi Mikel Artetanın məsləhətlərinə əməl etməsi karyerasına müsbət təsir edir. Şəxsi həyatı ilə işi arasında məsafə saxlaya bilməsi də Sakanı uğurlu edən amillərdəndir.

İngiltərə millisinin üzvü hazırda Tolami Benson adlı xanımla bir yerdədir. Sevgilisi 21 yaşlı Sakadan bir yaş böyükdür. Cütlüyün 2020-ci ilin sonlarından görüşməyə başladığı güman edilir. Lakin yaxın vaxtlara qədər münasibətlərini gizli saxlayıblar. Birgə fotolar paylaşmayıb və son vaxtlara qədər sosial şəbəkələrdə bir-birilərini izləməyiblər.

Gizli saxladığı sevgisi faş oldu - FOTOLAR

Onların eşq macərasını pərəstişkarları üzə çıxarıb. Fevralda cütlük Dubayda yaxtadan ayrı-ayrı fotolar paylaşıb. Bu isə izləyicilərin diqqətindən yayınmayıb. Bundan sonra onlar İngiltərə millisinin matçında tribunada birlikdə görünüblər.

Tolami Saka ilə münasibətlərinə xüsusilə diqqət yetirir. Onun karyerasına təsir etməməyə çalışır. (Publika.az)